[b]Yığmamızın oyunçusu Fransa çempionatında[/b]
27.07.2018 - 14:56
[b]Yığmamızın oyunçusu Fransa çempionatında[/b]

Azərbaycan millisinin voleybolçusu Olena Həsənovanın gələcək karyerasına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 23 yaşlı blokçu 2018/2019 mövsümündə də Fransa çempionatında çıxış edəcək.

 

Həsənova ötən il transfer olunduğu “Le Kann”la daha 1 illik razılıq əldə edib.

 

Qeyd edək ki, “Telekom”la Azərbaycan çempionu olan və Super Liqanın gümüş medalını qazanan Olena Fransada debüt mövsümündə 1/4 finaladək irəliləmişdi. 

0