Kopa Amerikada ilk finalçı Argentina oldu
10.07.2024 - 09:25
Kopa Amerikada ilk finalçı Argentina oldu

ABŞ-də keçirilən Kopa Amerika turnirinin yarımfinal mərhələsi start götürüb.

Apasport.az xəbər verir ki, oyunda Argentina və Kanada üz-üzə gəlib. Bu dəfə də inamlı qələbə qazanan argentinalılar finala yüksəliblər.

Lionel Messinin komandası rəqib qapısından 2 cavabsız top keçirib.

Qeyd edək ki, sabah keçiriləcək digər yarımfinalda Uruqvay və Kolumbiya qarşılaşacaq.

Kopa Amerika 
Yarımfinal
10 iyul 
04:00. Argentina - Kanada - 2:0

Qollar: Xulian Alvarez, 22. Lionel Messi, 51
Baş hakim: Piero Maza (Çili)
MetLife Stadium

writer photo
Adil Nəhmətli
0