Türkiyə millisinin 2 əsas üzvü Avstriya ilə matçı buraxacaq
27.06.2024 - 09:39
![Türkiyə millisinin 2 əsas üzvü Avstriya ilə matçı buraxacaq](https://ww3.apasport.az/storage/news/2024/june/27/big/667cf9f1c368e667cf9f1c368f1719466481667cf9f1c368c667cf9f1c368d.jpg)
Türkiyə millisinin Çexiya ilə oyununda sarı vərəqə alan Hakan Çalhanoğlu və Səməd Akaydın cəzalı duruma düşüb.
Apasport.az xəbər verir ki, "ay-ulduzlular"ın 1/8 finalda Avstriya ilə keçirəcəyi matçda hər iki futbolçu meydana çıxa bilməyəcək.
Xatırladaq ki, ötən gün çexləri 1:2 hesabı ilə məğlub edən türklər 1/8 finala vəsiqə qazanıblar.
Qeyd dedək ki, Türkiyə pley-off mərhələsində Avstriya ilə qarşılaşacaq. 2 iyulda keçiriləcək matçın start fiti Bakı vaxtilə 23:00-da səsləndiriləcək.
0
0