AFFA İntizam Komitəsinin iclası keçirilib
26.05.2026 - 14:22
AFFA İntizam Komitəsinin iclası keçirilib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub.

22 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXIII turun “Sumqayıt” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);

22 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXIII turun “Sumqayıt” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” komandası 8000 manat cərimə edilsin (maddə 86.3);

23 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXIII turun “Kəpəz” – “Neftçi” oyununda “Kəpəz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 86.3);

23 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXIII turun “Kəpəz” – “Neftçi” oyununun 65-ci dəqiqəsində “Neftçi” komandasının 18 nömrəli futbolçusu İfenayi Metyu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun oyuna buraxılmasın, “Neftçi” komandası 1000 manat cərimə edilsin. Sınaq müddəti 6 ay təyin edilsin (maddə 44.1, 11.3, 19.2);

21 may 2026-cı il tarixində I Liqada XXVII turun MOİK – “Difai” oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilsin (maddə 43.1);

22 may 2026-cı il tarixində I Liqada XXVII turun “Zaqatala” – “Şəfa” oyununda “Şəfa” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

22 may 2026-cı il tarixində I Liqada XXVII turun “Mingəçevir” – “Səbail” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

22 may 2026-cı il tarixində I Liqada XXVII turun “Mingəçevir” – “Səbail” oyununun 77-ci dəqiqəsində “Səbail” komandasının 15 nömrəli futbolçusu Fəxri Məmmədli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Səbail” komandası 900 manat cərimə edilsin (maddə 45.1);

22 may 2026-cı il tarixində I Liqada XXVII turun “Mingəçevir” – “Səbail” oyununun 84-cü dəqiqəsində “Səbail” komandasının 27 nömrəli futbolçusu Lətif Rzayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Səbail” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);

22 may 2026-cı il tarixində I Liqada XXVII turun “Mingəçevir” – “Səbail” oyununun 86-cı dəqiqəsində “Səbail” komandasının məşqçisi İlyas Qurbanov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Səbail” komandası 750 manat cərimə edilsin (maddə 51.2);

23 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVII turun “Neftçi-2” – “Şamaxı-2” oyununun 33-cü dəqiqəsində “Şamaxı-2” komandasının 80 nömrəli futbolçusu Həbib İsmayılov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şamaxı-2” komandası 250 manat cərimə edilsin (maddə 51.2);

25 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVII turun “Araz-Naxçıvan-2” – “Sabah-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

25 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVII turun “Araz-Naxçıvan-2” – “Sabah-2” oyunu bitdikdən sonra “Araz-Naxçıvan-2” komandasının 86 nömrəli futbolçusu İbrahim Piriyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Araz-Naxçıvan-2” komandası 300 manat cərimə edilsin (maddə 45.1);

25 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVII turun “Araz-Naxçıvan-2” – “Sabah-2” oyununun 32-ci dəqiqəsində “Sabah-2” komandasının 97 nömrəli futbolçusu Ramil Nuraxmedov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Sabah-2” komandası 800 manat cərimə edilsin (maddə 52.3);

25 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVII turun “Araz-Naxçıvan-2” – “Sabah-2” oyunu bitdikdən sonra “Sabah-2” komandasının 74 nömrəli futbolçusu Həmzəalı Mikayılov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Sabah-2” komandası 300 manat cərimə edilsin (maddə 45.1);

25 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXVII turun “Sumqayıt-2” – “Turan Tovuz-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

18 may 2026-cı il tarixində AFFA Region Liqasında keçirilən Zəngəzur FC-Marafon İK oyunu bitdikdən sonra Marafon İK komandasının heyətində N10 futbolçu Vüqar Əşrəfli hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 51.2)

20 may 2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən Araz Naxçıvan PFK-Sumqayıt FK oyununda Araz Naxçıvan PFK komandasının heyətində N9 futbolçu İsmayıl Əhmədov qarşılaşmanın 84-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə ilə cəzalandırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)

20 may 2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən Araz Naxçıvan PFK-Sumqayıt FK oyununda qarşılaşmanın 90+5-ci dəqiqəsində Sumqayıt FK komandasının heyətində N8 Emin Bəyalıyev qarşılaşmanın 90+5-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)

21 may 2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən Zirə PFK-Turan Tovuz FK oyununda Turan Tovuz FK komandasının heyətində N66 futbolçu İlknur Babacanov qarşılaşmanın 80-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)

21 may 2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən Zirə PFK-Turan Tovuz FK oyununda qarşılaşmanın 84-cü dəqiqəsində Turan Tovuz FK komandasının heyətində N71 futbolçu Cəsur İsmayılov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)

23 may 2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən Sabah FK-Zirə PFK oyununda Zirə PFK komandasının heyətində N11 futbolçu Emil Usubov qarşılaşmanın 90+4-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)

23 may 2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən Qarabağ FK-Neftçi PFK oyununda Qarabağ FK komandasının heyətində N9 futbolçu Əli İbrahim  qarşılaşmanın 90+5-ci dəqiqəsində Neftçi PFK komandasının ehtiyat oyunçular skamyasına tərəf baxaraq söyüş söydüyünə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 5 (beş) oyuna buraxılmasın. (Maddə 52.3)

23 may 2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən Qarabağ FK-Neftçi PFK oyununda Qarabağ FK komandasının N99 futbolçusu Tunar Qasımov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)

23 may 2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən Qarabağ FK-Neftçi PFK oyununda Neftçi PFK komandasının N11 futbolçusu Nahid Ömərov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 45.1)

23 may 2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən Qarabağ FK-Neftçi PFK oyununda kütləvi qarşıdurmada Qarabağ FK komandasının azarkeşləri iştirak etdiyi üçün Qarabağ FK komandasının növbəti 2 (iki) ev oyunu azarkeşsiz keçirilsin. (Maddə 86.5)

23 may 2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən Qarabağ FK-Neftçi PFK oyununda kütləvi qarşıdurmada Neftçi FK komandasının azarkeşləri iştirak etdiyi üçün Neftçi FK komandasının növbəti 2 (iki) ev oyunu azarkeşsiz keçirilsin. (Maddə 86.5)