Alkantara üçün mövsüm bitdi
03.05.2023 - 16:35

“Liverpul”un futbolçusu Tiaqo Alkantaranın son durumuna aydınlıq gəlib.
Apasport.az saytı xəbər verir ki, ombasında zədə alan ispaniyalı futbolçu əməliyyat olunub.
Mövsümün qalan 5 matçında iştirak edə bilməyəcək 32 yaşlı yarımmüdafiəçi gələn aydan reabilitasiya kurslarına başlayacaq. Onun iyulun 8-də komandaya qoşulması gözlənilir.
Qeyd edək ki, bu mövsüm 28 görüşdə iştirak edən Alkantara 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Premyer Liqada legioner limiti ilə bağlı vacib qərar verildi
- Türkiyə Super Liqasının statistikası – ev sahibi, alt/üst, geridönüşlər...
- Murad Musayev "Sabah"ın prezidenti və baş məşqçisi ilə görüşüb
- Krakov-2023: Azərbaycan 24-cü pillədə - MEDAL SİYAHISI
- "Araz-Naxçıvan"ın legionerinə Premyer Liqadan tələb var
0
0