Araz Qulamov Azərbaycan millisində
16.07.2022 - 10:33
![Araz Qulamov Azərbaycan millisində](https://ww3.apasport.az/storage/news/2022/july/16/big/62d25be393f4462d25be393f45165795325162d25be393f4162d25be393f43.jpg)
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının məşqçi heyəti formalaşmaqdadır.
Apasport.az saytının məlumatına görə, bu posta baş məşqçi təyin olunan Samir Əliyevin bir köməkçisi müəyyənləşib.
U-21-də ona Araz Qulamov köməklik edəcək. O, əvvəllər də Əliyevin məşqçi korpusunda fəaliyyət göstərib.
Qeyd edək ki, Samir Əliyev bir seçmə mərhələ müddətinə U-21-in sükanı arxasına keçib.
0
0