Futzal üzrə Azərbaycan millisi təlim-məşq toplanışına yığışır.
Apasport.az saytının məlumatına görə, bu gün start götürəcək hazırlıq avqustun 20-dək Bakıda olacaq.
Bu müddətdə yığmamız 2 yoldaşlıq oyununda gücünü sınayacaq. Futzalçılarımız avqustun 17-də və 19-da Bakı İdman Sarayında Türkmənistanla qarşılaşacaq. Hər iki matç saat 18:00-da start götürəcək.
Baş məşqçi Joze Alesio da Silva hazırlıq prosesinə daha çox milliyə namizəd futzalçıları dəvət edib.
Qapıçılar: Emin Kürdov (klubsuz), Azər Fərmanov (Araz-Naxçıvan), Zaur Sultanov (U-19);
Oyunçular: İsa Atayev, Xətai Bağırov (hər ikisi “Beşiktaş Gent”, Belçika), Oruc Baxşəlizadə, Nurlan Mehdizadə, Fərid Atakişiyev (hamısı Neftçi İK), Fuad Məmmədzadə, Novruz Kazıxanov, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Mikayıl Qiyasov (hamısı U-19), Murad Quluzadə (Baku Fire).
- Samir Abasov: "Futbolçularım mərhələni keçmək istəyirdi"
- “Rapid”in baş məşqçisi: “Neftçi” ilə oyundan əvvəl çox əsəbi deyiləm”
- “Roma” azarkeşləri futbolçunun cəriməsini ödəmək üçün pul yığıblar
- III MDB Oyunları: 5 idmançımız oxatma yarışlarında 1/8 finala yüksəlib
- Ramin Quliyev: "Neftçi" və "Sabah" arasında mübarizə amansız olacaq"