Azərbaycan Şahmat Federasiyası uşaq evini ziyarət edib
01.06.2024 - 17:07
![Azərbaycan Şahmat Federasiyası uşaq evini ziyarət edib](https://ww3.apasport.az/storage/news/2024/june/01/big/665b1d4e8099e665b1d4e8099f1717247310665b1d4e8099c665b1d4e8099d.jpg)
Azərbaycan Şahmat Federasiyası (AŞF) 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə 3 saylı uşaq evini ziyarət edib.
Apasport.az xəbər verir ki, uşaq evinin balaca sakinləri ilə görüşən AŞF-nin Qadın və Sosial məsələlər üzrə komissiyasının rəhbəri, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova onları bayram münasibəti ilə təbrik edib.
AŞF adından balacalara şahmat dəstləri, eləcə də müxtəlif hədiyyələr təqdim olunub.
0
0