Azərbaycanlı hakim-inspektor UEFA-dan təyinat alıb
21.03.2024 - 11:21

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Qazaxıstan – Macarıstan oyununun hakim inspektoru olacaq.
Qarşılaşma martın 26-da, saat 18:00-da Qazaxıstanın Almatı şəhərindəki "Almaty Ortalyk" stadionunda baş tutacaq.
- "Abşeron"dan möhtəşəm start
- Azərbaycan Prezidenti: “Bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır”
- Daha 2 idmançımız Paris-2024-ə lisenziya qazandı
- Prezident etiraz etdi: "Azarkeşlər sağa biləcəyimiz inəklər deyil"
- EYOF-da iştirak edəcək cüdoçuların siyahısı bəlli olub
0
0