Bədii gimnastımıza “AGF Trophy” kuboku verildi
16.04.2023 - 18:36
Ölkəmizdə bədii gimnastika üzrə keçirilən “AGF Trophy” beynəlxalq turnirində halqa və topla hərəkətlərin icrasında yığma komandamızın üzvləri Zöhrə Ağamirova qızıl, Alina Gözəlova isə gümüş medal qazanıb.
Apasport.az-a verilən məlumata görə, həmçinin Azərbaycan Gimnastika Federasiyasının xüsusi təsis edilmiş mükafatı olan – “AGF Trophy” kubokunun böyüklər arasında fərdi proqramda təqdimetmə mərasimi keçirilib.
Gimnastımız Zöhrə Ağamirova ən yüksək icra xalına görə (top) “AGF Trophy” kubokuna layiq görülüb.
- “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
- Qadın boksçularımız Polşada beynəlxalq turnirdə iştirak edəcək
- Millimiz yenə məğlub olub
- Təmsilçilərimiz Dünya kubokunda iştirak edəcəklər
- La Liqa: “Barsa” qələbə qazandı - ÇEMPİON OLDU
0
0