Birinci Liqa: "Zaqatala" çempiona qarşı - YENİLƏNİR
15.05.2025 - 17:28
Birinci Liqa: "Zaqatala" çempiona qarşı - YENİLƏNİR

Bu gün Azərbaycan Birinci Liqasında 26-cı tur start götürəcək.

Apasport.az xəbər verir ki, ilk günə 1 oyun nəzərdə tutulub.

Artıq çempionluğu rəsmiləşdirmiş "Qəbələ" 4-cü yerdəki "Zaqatala" ilə qarşılaşacaq. Görüş saat 17:00-da başlayacaq.

Bu matçdan sonra "Qəbələ"yə çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.

Xatırladaq ki, 1-ci liqada "Qəbələ" ilə yanaşı, "İmişli" və "Karvan" da növbəti mövsüm Premyer Liqada mübarizə aparmaq üçün vəsiqəni təmin edib.

15 may

17:00. “Qəbələ” – “Zaqatala” - 3:0

Hakimlər: Emin Əliyev, Orxan İbişov, Rizvan Süleymanov, Nəriman Ağayev

Qəbələ şəhər stadionu