“Heç bir futbolçunun gedişi itki deyil”.
Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.
Təcrübəli mütəxəssis yaxın günlərdə “Qarabağ”ı Rusiya “Krasnodar”ına dəyişəcək Kadi Borgesin gedişinə münasibət bildirib. Onun sözlərinə görə, Ağdam təmsilçisi bu transferlə büdcəsini artıracaq: “Qarabağ” Kadi kimi futbolçunu göndərir, onun transferindən məbləğ əldə edir. Həmin məbləğə ondan da yaxşı oyunçu almaq mümkündür. Təbii ki, bu, klubun işidir. Düşünürəm ki, Kadinin komanda seçimi maliyyə ilə bağlıdır. Amma “Krasnodar” seçiminin futbolçuya xeyir verməsi çətindir. Çünki bu klub avrokuboklarda oynamayacaq. Rusiya klubları Avropaya getmir. Kadi Borges həmin məbləğə satılıbsa, fikrimcə, “Qarabağ” ondan da yaxşı futbolçu ala bilər”.
Qeyd edək ki, 2021-ci ildən “Qarabağ”da oynayan braziliyalı yarımmüdafiəçinin 5 milyon avroya satılacağı iddia olunur.
- İtaliya klubunda yeni baş məşqçi
- 1/8 finalçılar, şansları davam edənlər və turnirlə vidalaşanlar - SİYAHI
- “Zirə” heyətini yeni futbolçu ilə gücləndirib
- Bedri Meriç: “Sabah” Çempionlar Liqası üçün qurulmuş heyətə malikdir”
- George Anton: "Zirə" ilə müqayisədə “Şerif”in avrokuboklarda böyük təcrübəsi var" - Müsahibə