"Dinamo" - "Qarabağ" oyununun hakimləri bəlli olub
19.08.2024 - 09:06

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarının hakimləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, Xorvatiyada Zaqreb "Dinamo"sunun rəqibi olacaq "Qarabağ"ın matçını isveçli hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Qlenn Nüberq olacaq. Yan xəttə Maxbod Beyqi və Andreas Sederkvist iş başında olacaqlar. Qarşılaşmanın 4-cü hakimi isə Adam Ladabek olacaq.
Qeyd edək "Maksimir" stadionunda baş tutacaq oyun avqustun 20-də saat 23:00-da start götürəcək.
- "Beşiktaş"ın transfer etmək istədiyi kolumbiyalı klubundan ayrıldı
- Qurban Qurbanov: “Bakıdakı oyunda daha ciddi olmalıyıq”
- “Mançester Siti”ni gözləyən cəzalar – liqadan uzaqlaşdırılma, xalların silinməsi...
- Premyer Liqa: “Everton” mövsümdə ilk qələbəsini qazanıb
- Kurban Berdiyev: “Daha da yaxşı oynaya bilərdik"
0
0