Elçin Əlicanov üçün yubiley: 100-cü oyununa çıxıb
19.10.2026 - 11:10
Misli Premyer Liqasının VIII turu Elçin Əlicanov üçün əlamətdar olub.
Apasport.az xəbər verir ki, “Zirə”nin müdafiəçisi turnirdə 100-cü oyununu keçirib.
O, “Kəpəz”lə səfər matçında (1:1) meydana çıxıb. 27 yaşlı futbolçunun hesabında 3 qol var.
Elçinin debütü 2022/23 mövsümündə “Kəpəz”in heyətində gerçəkləşib. O, Gəncə klubunda 68 qarşılaşmada 2 qola imza atıb. Əlicanov “Zirə”də 32 oyunda 1 dəfə fərqlənib.
0
0