Emin Mahmudov Qurban Qurbanova çatdı
11.06.2024 - 19:17
Azərbaycan millisinin kapitanı Emin Mahmudov Qurban Qurbanovun 20 illik rekordunu yeniləyib.
Apasport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi buna Qazaxıstanla yoldaşlıq matçında nail olub. O, 50-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Nəticədə Emin millidə vurduğu qolların sayını 14-ə çatdırıb. Bununla da o, Qurban Qurbanovun 20 illik rekordunu təkrarlayıb.
Qeyd edək ki, Q.Qurbanov 1992-2005-ci illərdə Azərbaycan millisinin formasını geyinib. Emin isə 2016-cı ildən yığmamızın üzvüdür.
- Elxan Abdullayev: "Məğlubiyyətdə bu amil öz təsirini göstərdi"
- Bakıda boks üzrə beynəlxalq təlim-məşq toplanışı keçiriləcək
- Ceyhun Sultanov: “Neftçi” bugünkü gündə baxımlı futbol oynamır”
- Məmmədyarov ABŞ turnirinə vəsiqə qazana bilməyib
- "Dinamo"nun baş məşqçisi: "Cavab matçına çox ciddi hazırlaşmışıq"
0
0