Güləşçimiz erməni Avropa çempionunu məğlub edib medal qazandı
23.04.2023 - 19:34
![Güləşçimiz erməni Avropa çempionunu məğlub edib medal qazandı](https://ww3.apasport.az/storage/news/2023/april/23/big/6445515793db96445515793dba16822644076445515793db76445515793db8.jpg)
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Apasport.az, 60 kq-da yarışan idmançımız 2020-ci ilin Avropa çempionu olmuş ermənistanlı Gevorq Qaribyanla qarşılaşıb.
Rəqibinə 9:5 hesabı ilə qalib gələn Nihat Məmmədli Avropa 3-cüsü olub.
0
0