Emrelinin komandası “Roma”ya məğlub olub
27.07.2025 - 14:56
Emrelinin komandası “Roma”ya məğlub olub

Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” növbəti matçını keçirib.

Apasport.az xəbər verir ki, klub yoldaşlıq oyununda “Roma” ilə üz-üzə gəlib.

Həmyerlimiz qarşılaşmaya start heyətində başlayıb. 

O, fasilədə əvəzlənib. Görüş italiyalıların 1:0 hesablı qələbəsi ilə nəticələnib. 

Qeyd edək ki, Emrelinin komandası avqustun 3-də “Hannover”lə qarşılaşacaq.