“Beşiktaş” yenə məğlub olub
16.12.2024 - 23:02
![“Beşiktaş” yenə məğlub olub](https://ww3.apasport.az/storage/news/2024/december/16/big/676079e1b99fd676079e1b99fe1734375905676079e1b99fb676079e1b99fc.jpeg)
Türkiyə Super Liqasında XVI tur davam edir.
Apasport.az xəbər verir ki, bu gün "Beşiktaş" "Adana Demirspor"un qonağı olub.
"Qara qartallar" bu matçda da məğlubiyyətə üzülüblər. Görüş autsayderin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 25 xalı olan "Beşiktaş" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
"Adana Demirspor" - "Beşiktaş" 2:1
Qollar: Yusuf Barasi, 31, Abat Aymbetov, 39 - Əl-Musrati, 72
Qırmızı vərəqə: Tayyip Talha Sanuç, 76
0
0