
AFFA tərəfindən təsis olunan Futbolun İnkişaf Fondu (FİF) son 3 illə bağlı maliyyə hesabatını açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə FİF-in mətbuat xidməti məlumat yayıb.
Hesabatda fondun 2022, 2023, 2024-cü illərdəki xərcləri və əldə etdiyi gəlirlər də göstərilib.
Qurumun 2022-ci ildəki gəlirləri 350 milyon 676 min manat təşkil edib. 2023-cü ildə büdcəsinə 511 milyon 206 min manat əlavə edən FİF, 2024-cü ildə 449 milyon 12 min manat qazanıb.
2022-ci ildə büdcəsindən 379 milyon 249 min manat xərcləyən fondun 2023-cü ildəki xərcləri 511 milyon 718 min manat təşkil edib. Qurumun ötənilki xərcləri isə 471 milyon 809 min manat olub.
Qeyd edək ki, FİF 2016-cı ildə AFFA tərəfindən təsis olunub.