![İqor Bişçan Mahirin qələbədəki rolundan danışdı](https://ww3.apasport.az/storage/news/2023/july/30/big/64c63abe66cde64c63abe66cdf169071276664c63abe66cdc64c63abe66cdd.jpg)
“Mahir uzun müddət sonra start yer aldı. Emreli qələbəyə böyük töhfə verdi”.
Apasport.az-ın məlumatına görə, bunu, “Dinamo”nun baş məşqçisi İqor Bişçan deyib.
Xorvatiya çempionatının 2-ci turundə Zaqreb klubu səfərdə “İstra”ya 3:0 hesabı ilə qalib gəlib. Bir qol və bir ötürmə ilə yadda qalan Mahir “Dinamo”nun qələbəsində böyük pay sahibi olub. Oyundan sonra keçirilən mətbuat konfransında Bişçan bu məsələyə münasibət bildirib: “Hər şey fantastik alındı. Takuro Kaneko, Maksim Bernauer, Maksim Mixayliçenko, eləcə də Mahirə start heyətində yer vermişdik. Oyunumuzda bir çox müsbət keyfiyyətlər gördük”.
Qeyd edək ki, ilk turda uduzan “Dinamo”nin 2 turdan sonra hesabında üç xal var.