Laçın şəhərində keçirilən "Sağlam həyat" günlərinə yekun vurulub.
Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Laçın bulvarında iki gün davam edən tədbirə 100-dən çox iştirakçı qoşulub.
Müxtəlif yaş qruplarından olan iştirakçılar qaçış, yerindən uzunluğa tullanma, top atma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" və "press") normativlərini yerinə yetiriblər. Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunub.
"Sağlam həyat" günləri layihəsi ilk dəfədir ki, işğaldan azad edilmiş və əhalinin məskunlaşdığı bölgələrdə təşkil olunur.
- Millilərimiz FİBA reytinqində mövqelərini yaxşılaşdırıb - FOTO
- "Qarabağ" İtaliyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək
- Caner Erkin İstanbul nəhənginə qayıdır
- Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA