“Mançester Yunayted” Ronaldonu Qrizmanna dəyişmədi
29.07.2022 - 14:57

Kriştiano Ronaldonun “Atletiko”ya keçidi baş tutmayıb.
Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” İspaniya klubunun portuqaliyalı hücumçu ilə bağlı təklifini qəbul etməyib.
Madridlilər Kriştiano ilə Antuan Qrizmannı dəyişməyə hazır olsa da, belə variant Premyer Liqa təmsilçisini razı salmayıb. Çempionlar Liqasında mübarizə aparacaq klublardan birinə keçməyə qərar verən Ronaldo digər variantlar axtarır.
Qeyd edək ki, Ronaldonun “Mançester Yunayted”lə anlaşması 2022/23 mövsümünün sonunda başa çatacaq.
- Şəhriyar Əliyev: "Zirə" son dönəmlərin ən ideal formada olan komandasıdır"
- "Qalatasaray"da böhran: Futbolçular çempionluq mükafatlarını ala bilmirlər
- Diakabi: "Əvvəl gəlib, "Qarabağ"ın bazası ilə tanış olmuşdum"
- Ayın ən yaxşı baş məşqçisi bəlli oldu
- "Real Madrid"in bu il məğlub edə bilmədiyi yeganə komanda "Fənərbaxça" olub
0
0