Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunun mərhələ yarışının finalında gümüş medalla kifayətlənib.
Apasport.az xəbər verir ki, komandamız Bolqarıstan yığmasına 40:45 hesabı ilə uduzub.
Xatırladaq ki, Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Polina Kaspiaroviçdən ibarət komandamız daha öncə finala gedən yolda Kanada (45:38), Fransa (45:44) və Macarıstan (45:37) yığmalarına qalib gəlib.
Daha öncə Dünya Kubokunda qadın sablyaçıların şəxsi yarışında Anna Başta, Zərifə Hüseynova və Səbinə Kərimova əsas mərhələnin ilk görüşündə uduzaraq mübarizəni dayandırıb.
- Təmsilçimiz Kiyevdə nakautla qələbə qazanıb
- “Turan Tovuz”un kapitanı: “Qarşımıza avrokuboklara düşmək kimi məqsəd qoyulmayıb” - Müsahibə
- "Naxçıvan" yeni transferini reallaşdırıb
- Cüdo hakimləri üçün növbəti praktiki seminar təşkil olunub
- Hakimləri təhqir etdi, AFFA bağışlamadı: Adil Şükürova böyük cəza