Millimiz Türkiyə ilə üz-üzə
29.03.2025 - 10:34
Millimiz Türkiyə ilə üz-üzə

Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi bu gün növbəti oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, Avropa çempionatının əsas seçmə mərhələsində mübarizə aparan yığmamız son matçına çıxacaq.

Komandamız Türkiyə ilə qarşılaşacaq. Mərhələ adlamaq şansını itirən millimiz üçün bu qarşılaşma formal xarakter daşıyacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, oyunları Xorvatiyada keçirilən qrupun digər matçında meydan sahibləri ilə Bosniya və Herseqovina üz-üzə gələcək.

AVRO-2025-in əsas seçmə mərhələsi
VII qrup, III tur
29 mart
19:00. Azərbaycan – Türkiyə

Hakimlər: Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Çita (Rumıniya)
Ribnjak İdman Arenası