Millimizin açıq məşqi və brifinqi olacaq
26.05.2026 - 16:40
Millimizin açıq məşqi və brifinqi olacaq

Mayın 28-də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının açıq məşqi və baş məşqçinin iştirakı ilə brifinq təşkil olunacaq.

Apasport.az xəbər verir ki, Milli Komandaların Təlim Məşq Mərkəzində saat 11:15-də U-21-in məşqinin son 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq.

Saat 11:30-da isə brifinq baş tutacaq.

Qeyd edək ki, U-21 mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq. Komanda Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı yoldaşlıq oyunu keçirəcək.