Millimizin üzvü oynadı, komandası məğlub oldu
07.04.2025 - 23:42

Azərbaycan yığmasının futbolçusu Zamiq Əliyev Albaniya çempionatında məğlubiyyət acısı yaşayıb.
Apasport.az xəbər verir ki, onun çıxış etdiyi "Eqnatiya" 33-cü turda öz meydanında uduzub.
Zamiqin komandası "Elbasani"yə 1:2 hesabı ilə məğlub olub. Start heyətində yer alan Əliyev birinci hissədə sarı vərəqə ilə cəzalanıb. Meydan sahibləri 6 oyundan sonra xalsız qalıb.
Qeyd edək ki, lider mövqeyində qərarlaşan "Eqnatiya" yaxın rəqiblərinin xal itirməsindən istifadə edə bilməyib. Onlar 58 xalla "Dinamo"nu 3 xalla qabaqlayırlar.
- "Barselona" məhkəməyə verilir
- Luis Suarez Uruqvay millisindəki karyerasını başa vurub
- Azərbaycan çempionunun baş məşqçisi: “İlk oyunlar isə hər zaman ağır olur”
- Azərbaycan və San-Marino millilərinin ortaq şakəri, Niderland əks qütbdə
- Erik ten Haq Kimdir? "Mançester Yunayted"in Uğursuzluğunun Qurbanı
0
0