Mingəçevir Reqatasına 15 ölkə qatılacaq
08.10.2022 - 18:30
![Mingəçevir Reqatasına 15 ölkə qatılacaq](https://ww3.apasport.az/storage/news/2022/october/08/big/634189b807307634189b8073081665239480634189b807303634189b807305.jpeg)
Azərbaycan avarçəkmə tarixində ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilən Mingəçevir Reqatasının birinci günü Suqovuşanda baş tutacaq.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından apasport.az saytına verilən görə, yarışa 15-dək ölkə - Azərbaycan, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Sloveniya, Turkiyə, Özbəkistan və Ukrayna komandaları qatılacaq.
Sürət, tarazlıq və güc mübarizəsində idmançılar oktyabrın 21-i Suqovuşanda, 22-si və 23-cü isə Mingəçevirdə Kür çayında kürək çəkəcək.
0
0