
Milli fasiləni fürsət bilən “Neftçi” transfer çalışmalarını davam etdirir.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” Muhamed Belxeir üçün hərəkətə keçib.
“Neftçi” hazırda əlcəzairli futbolçunun keçidini həll etməyə çalışır.
26 yaşlı forvard hazırda Belçikada “La Luvr”da oynayır və tərəflər arasında danışıqların getdiyi bildirilir.
Sol ayaqlı mərkəz hücumçusu həmçinin sağ vinger də oynaya bilir. Belxeirin "tranfermarkt" portalında dəyəri 900 min avro olaraq qiymətləndirilib.
Əgər danışıqlarda son anda bir tərslik olmasa, transferin qısa zaman ərzində rəsmi açıqlanacağı gözlənilir.
Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Muhammed buna qədər karyerası ərzində “Breşiya”, “Sanxoanense”, “Leykşoeş”, “Vilafrankense”, “Fortuna”(Sittard) klublarında çıxış edib.