"Neftçi"də yeni məşqçi təyinatları
08.07.2024 - 16:29
“Neftçi”də struktur dəyişiklikləri davam edir.
Apasport.az xəbər verir ki, klubun məşqçilər korpusuna yeni təyinatlar olub. Bu barədə paytaxt təmsilçisi özü rəsmi məlumat paylaşıb.
Belə ki, artıq “Neftçi”də litvalı Saulius Sekanaviçus köməkçi məşqçi, italiyalı Ciordano Domeniko fiziki hazırlıq üzrə məşqçi, belaruslu Aleksandr Ajintsov isə məşqçi-reabilitoloq vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, bunadək məşqçilər korpusunda yer alan Sənan Qurbanov və qapıçılar üzrə məşqçi Emil Babayev də baş məşqçi Roman Qruqorçukun köməkçilərindən olacaq.
- “Liverpul”un hücumçusu ərəbləri rədd etdi
- Elmar Baxşıyev: "Heç bir komandaya qarşı belə hakimlik arzulamıram"
- Azərbaycanda ilk dəfə keçiriləcək Ne-vaza ACF Kubokuna hakimlərin hazırlığı üçün təlim keçirilib
- “Sürix”in baş məşqçisi: "3:3 ədalətli nəticə olardı" - MÜSAHİBƏ
- Basketbolçularımız Avropa çempionatında 12-ci olub
0
0