Olimpiya Oyunlarının Avropadakı yayım hüququnun sahibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Olimpiya Komitəsi açıqlayıb.
2026-32-ci illərdə keçiriləcək multiidman yarışının Avropadakı yayım hüququ Avropa Yayım İttifaqı (EBU) və “Warner Bros. Discovery”yə (WBD) verilib. EBU və WBD 2026-cı və 2030-cu illərdə Qış, 2028-ci və 2032-ci illərdə Yay Olimpiya Oyunlarını, həmçinin yeniyetmələrin Olimpiadalarını nümayiş etdirəcək. Yarışlar Avropanın 49 ölkəsində yayımlanacaq. Rusiya və Belarus bu siyahıdan kənar qalıb.
Qeyd edək ki, Olimpiya Oyunları 2026-cı ildə Milan və Kortina dampetsoda, 2028-ci ildə Los-Ancelesdə, 2032-ci ildə Brisbendə təşkil olunacaq. 2030-cu ildəki yarışın ev sahibi dəqiqləşməyib.
- “Yuventus”un müdafiəçisi mövsümü erkən bitirdi
- "Napoli"nin futbolçusu Almaniya klubuna keçir
- Prezident: “Şadam ki, minifutbol komandamızın tərkibi yerli idmançılardan ibarətdir“
- "Qalatasaray"ın futbolçusunun vurduğu qol ÇL-də mövsümün ən yaxşısı seçildi - VİDEO
- "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB