“Qalatasaray” sabiq "Fənərbaxça"lını istəyir
17.02.2024 - 13:27
"Mançester Yunayted"in qapıçısı Altay Bayındır karyerasını Türkiyə Superliqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Goal.com" portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, İstanbulun “Qalatasaray” klubu qapıçının xidmətində maraqlıdır.
Türkiyə nəhəngi Bayındırın transferini yay "transfer pəncərəsində" rəsmiləşdirmək istəyir.
Xatırladaq ki, Altay ötən yay "Fənərbaxça"dan “qırmızı şeytanlar”a keçib. Onun transferi mankunianlılara 5 milyon avroya başa gəlib. 2023/2024 mövsümündə qapıçı cəmi bir oyun keçirib.
- Batut gimnastikası üzrə Bakı birinciliyinə yekun vurulub
- 30 yaşdan yuxarı ən bahalı TRANSFERLƏR
- Federasiya prezidenti “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsində
- Adil Şükürov: “Komandanı toparlamaq istəyirik”
- Basketbolçularımız Dünya Seriyasının final mərhələsində ilk qələbəsini qazanıb
0
0