Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlama verib.
Apasport.az xəbər verir ki, o, Almaniya “Kayzerslautern”i (1:3) və Çexiya “Viktoriya”sı (2:1) ilə iyulun 9-da keçirilən yoxlama oyunları barədə fikirlərini bildirib. Mütəxəssis deyib ki, Avstriyadakı ilk oyun günü yaxşı alınıb.
“Bütün futbolçularımızın 90 dəqiqə meydanda olması çox vacib idi. İki yaxşı rəqiblə qarşılaşdıq. Hava şəraiti çox isti olsa da, oyunlar dinamik keçdi. Düzdür, günün ilk matçında məğlub olduq. Amma bu görüşdə qolları fərdi səhvlərdən buraxdıq” - deyə Q.Qurbanov bildirib.
Baş məşqçi Avstriyadakı hazırlıq prosesini də dəyərləndirib: “Hazırlığın vacib olan ikinci mərhələsindəyik. Mövsümün hazırlıq prosesini yoxlama oyunları ilə tamamlamaq istəyirik. Bu gün keçirilən hər iki matçdan da, futbolçulardan da razı qaldım. Toplanışın qarşıdakı bir həftəsi bizim üçün çox vacibdir. Bu müddətdə futbolçuların idman formalarını tam geri qaytarmalı və bəzi texniki səhvləri aradan qaldırmalıyıq. Bütün komanda üzvləri çox həvəslə, istəklə hazırlıq keçir. Avstriya toplanışında olduğumuz müddətdə onların hər birindən razıyam”.
- Murad Allahverdiyev: “Zədələr istədiyim kimi döyüşməyimə imkan vermədi”
- Misli Premyer Liqasının 2025/2026 mövsümünün formatı açıqlanıb
- Azərbaycan birinciliyinə rekord sayda idmançı qatılacaq
- Daha bir taekvondoçumuz Avropa Oyunlarına vəsiqə qazandı - FOTOLENT
- Afrika Millətlər Kuboku: Seneqal və Konqodan inamlı start