Rahil oynamadı, komandası qələbə qazandı
14.12.2024 - 23:07
![Rahil oynamadı, komandası qələbə qazandı](https://ww3.apasport.az/storage/news/2024/december/14/big/675dd3a9cc18d675dd3a9cc18e1734202281675dd3a9cc18b675dd3a9cc18c.webp)
Polşa çempionatında III turdan təxirə salınmış oyun keçirilib.
Apasport.az xəbər verir ki, Rahil Məmmədovun şərəfini qoruduğu "Radomyak" da növbəti matçına çıxıb.
Komanda "Slask"ın qonağı olub. Həmyerlimizin çıxış etdiyi kollktiv 2:1 hesabı ilə qələbə qazanıb.
Zədəli Rahil bu görüşdə də meydana çıxmayıb.
Qeyd edək ki, Radom təmsilçisi 20 xalla 12-ci pillədə qərarlaşıb.
0
0