![Rəşad Sadıqov: "İlk qırmızı vərəqə bütün oyunu dəyişdi"](https://ww3.apasport.az/storage/news/2022/december/25/big/63a84c36a02c663a84c36a02c7167197394263a84c36a02c063a84c36a02c3.jpg)
"Azarkeşlər üçün maraqlı oyun keçdi. Bu oyunda çox hadisələr baş verdi. 1:2 uduzsaq belə, oyunçularıma təşəkkür edəcəkdim. Bu heç-heçə qələbəyə bərabər idi. Çünki son dəqiqələrdə qol vurduq. Futbolçularımın göstərdiyi mübarizə məni qürurlandırdı".
Apasport.az-ın xəbərinə görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
O, "CBC Sport"a müsahibəsində qırmızı vərəqədən sonra oyunun dəyişdiyini bildirib: "Bütün oyun nəzarətimizdə idi. Erkən qol vurmuşduq. Ancaq birinci qırmızı vərəqə hər şeyi dəyişdi. Futbolun içində belə şeylər var.
Qış fasiləsində 3-4 oyunçu transfer etmək istəyirik. Ancaq yayda belə, oyunçu tapmaqda çətinlik çəkirik. Görək qışda bunu necə edə biləcəyik".
Səbuhi Musa