Rəşad Sadıqov “Zirə” ilə 2 illik müqavilə imzaladı
21.06.2023 - 14:00
![Rəşad Sadıqov “Zirə” ilə 2 illik müqavilə imzaladı](https://ww3.apasport.az/storage/news/2023/june/21/big/6492ca692b88c6492ca692b88d16873416736492ca692b88a6492ca692b88b.jpg)
“Zirə” baş məşqçisi Rəşad Sadıqovla müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
Paytaxt təmsilçisi 41 yaşlı mütəxəssis və məşqçilər korpusunda yer alan digər çalışdırıcılarla 2 illik yeni müqavilə imzalayıb.
Qeyd edək ki, Sadıqov 2020-ci ilin iyulundan qəsəbə klubunun baş məşqçisidir.
0
0