![Rusiya və Belarus idmançılarının neytral statusda iştirakına icazə verildi](https://ww3.apasport.az/storage/news/2023/march/29/big/64235d565056064235d5650561168003925464235d565055e64235d565055f.jpg)
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarına neytral statusda yarışmağa icazə verməyi tövsiyə edib.
Apasport.az xəbər verir ki, Lozannada BOK-un İcraiyyə Komitəsinin iclası keçirilib. Xüsusilə, beynəlxalq federasiyalara Rusiya və Belarus idmançılarına aşağıdakı şərtlərlə yarışmağa icazə vermək tövsiyə olunub:
• neytral statusda, yəni ölkələrin bayrağı, himni və rəmzləri olmadan;
• fərdi qaydada və komanda yarışlarına buraxılmadan;
• idmançılar döyüş dəstəyi ilə fəal məşğul olmadıqda;
• idmançılar hüquq-mühafizə orqanlarını və silahlı qüvvələri təmsil etmədikdə.
Bu tövsiyələr 2024-cü ildə Parisdə və 2026-cı ildə Milanda keçiriləcək Olimpiya Oyunlarına şamil edilmir.