"Sabah" Abşeronda futbolçular seçdi
16.05.2024 - 22:35
!["Sabah" Abşeronda futbolçular seçdi](https://ww3.apasport.az/storage/news/2024/may/16/big/66464ded76ec666464ded76ec7171588350166464ded76ec466464ded76ec5.jpeg)
“Sabah” Futbol Akademiyasının “Azərlotereya”nın təşkilatçılığı ilə Abşeron İdman Olimpiya Kompleksində keçirilən seçimlərinə yekun vurulub.
Apasport.az xəbər verir ki, 2010-2015-ci il təvəllüdlü uşaqların iştirak etdiyi seleksiyaya maraq çox böyük olub.
Belə ki, seçimlərdə 600-dən çox azyaşlı iştirak edib. 52 uşaq seçimlərin növbəti mərhələsində iştirak etmək hüququ qazanıb.
0
0