Bu gün I Liqanın 9-cu turu çərçivəsində“ASCO Arena”da keçirilmiş “Səbail” - “Cəbrayıl” oyunundan sonra “Səbail”in İdarə Heyətinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, toplantıda İdarə Heyətinin üzvləri ilə yanaşı, klubun məşqçi heyəti də iştirak edib və mövsümün əvvəlindən bu günə qədər keçirilmiş oyunların nəticələri müzakirə olunub, müsbət və mənfi məqamlar qeyd olunub.
İclasda baş məşqçi Elvin Məmmədovun hesabatı dinlənilib. Toplantının sonunda Elvin Məmmədovun istəyinə əsasən baş məşqçi və köməkçiləri ilə klub arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
İdarə Heyəti məşqçi heyətinə göstərdiyi xidmətlərə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.
- Əbu-Dabidə 6 cüdoçumuz yarışa başlayır
- Rəşad Sadıqov: "Çalışacağıq ki, Bakıya sərfəli nəticə ilə qayıdaq"
- Erhan Toker: “Optimal formada olmağa çalışacağıq”
- Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
- III MDB Oyunları: Daha bir Samboçumuz fəxri kürsüdə yerini alıb