Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycanın Şəhriyar Məmmədyarov ilk “10-luğ”u tərk edib.
Üç pillə geriləyən Məmmədyarov 2747 xalla 13-cü yerə düşüb. Teymur Rəcəbovda da geriləmə müşahidə olunub. Aktivində 2747 xal olan qrossmeyster 1 addım geriləyib. O, hazırda 16-cı yerdə qərarlaşıb.
Qədir Hüseynov bir rəqibini qabaqlayıb. O, aktivindəki 2661 xalla 84-cüdür. Nicat Abbasov və Rauf Məmmədov hərəyə 2646 xalla 101-102-ci yerləri bölüşdürürlər.
Reytinqə Maqnus Karlsen başçılıq edir (2856 xal). Çinli Liren Dinq 2-ci (2811), rusiyalı Yan Nepomnyaşi isə (2793) üçüncü sırada qalıb.
Qadın şahmatçılarımızdan Günay Məmmədzadə irəliləməkdə davam edir. O, 3 pilləlik irəliləyişlə (2483) 18-ci yerə qalxıb. Ülviyyə Fətəliyeva də sıçrayışa nail olub. Şahmatçımız 2422 xalla 39-cu yerə qədər irəliləyib.
Gülnar Məmmədova düz 11 həmkarını üstələyərək (2389) 62-ci pilləyə qalxıb. Reytinqdə yüksəlişini davam etdirən Xanım Balacayeva artıq 66-cı yerdədir (2384). Gövhər Beydullayeva isə yenidən ilk “100-lüy”ə qayıdıb. Hazırda o, 2356 xalla 98-ci sıradadır.
Qadın şahmatçıların reytinqinə yenə Yifan Hou başçılıq edir. Çinli qrossmeysterin aktivində 2638 xal var.
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qurbanov açıqladı: “Onu komandada saxlayacağıq”
- Bədii gimnastika üzrə şəhər birinciliyi keçiriləcək
- Azərbaycan futbolunun əfsanələri arasında oyun keçiriləcək
- Ayxan Abbasovla Emin Mahmudovun kimlərə səs verdiyi bəlli oldu