Son 14 mövsümdə ilk dəfə
15.08.2022 - 11:20
![Son 14 mövsümdə ilk dəfə](https://ww3.apasport.az/storage/news/2022/august/15/big/62f9f37db7a8062f9f37db7a81166054796562f9f37db7a7c62f9f37db7a7e.jpg)
Misli Premyer Liqasının lideri “Sabah” startdakı hər iki oyunda 3 qol vurmağı bacarıb.
Apasport.az saytı xəbər verir ki, Murad Musayevin baş məşqçisi olduğu komanda öncə “Sumqayıt”ı 3:0, ardınca “Zirə”ni 3:1 hesabı ilə məğlub edib.
Bir klubun ilk iki matçında 3 və ya daha çox qol vurmasına son 14 mövsümdə birinci dəfə təsadüf olunub. Startda belə məhsuldar qarşılaşmalar keçirən sonuncu komanda “Qəbələ” idi. “Qırmızı-qaralar” 2008/09 mövsümünün ilk iki görüşündə ən azı üç qola imza atıb.
Qeyd edək ki, ölkə çempionatları tarixində 11-ci dəfə belə hadisə yaşanıb.
0
0