![“Sumqayıt” – “Zirə” matçının biletləri satışdadır](https://ww3.apasport.az/storage/news/2024/september/17/big/66e97ccdcab5c66e97ccdcab5d172657786966e97ccdcab5a66e97ccdcab5b.jpg)
Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində 22 sentyabr, saat 20:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Zirə” qarşılaşmasının biletləri artıq satışdadır.
Apasport.az xəbər verir ki, biletləri iTicket.az saytından, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, oyundan 1 gün öncə saat 14:00-19:00 arası, oyun günü isə 14:00-dan etibarən Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz.
Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.
iTicket.az saytından Birbank Cashback Mastercard kartları ilə alınmış biletlərə 30% keşbek tətbiq ediləcək.