Zirə” Azərbaycan çempionatlarının yüksək dəstəsində ən böyükhesablı ev qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri buna Misli Premyer Liqasının XXIX turunda nail olublar.
Bakı klubu öz meydanında “Qəbələ”ni 4:0 hesabı ilə məğlub edib. Zirənin eyniadlı təmsilçisi bunadək evdə ən böyük fərqlə - üç top üstünlüyü ilə qalib gəlib. Buna üç dəfə təsadüf olunub.
“Zirə” tarixinin Premyer Liqadakı ən böyükhesablı qələbəsini də təkrarlayıb. 2015/16 mövsümündə “Rəvan”ın qapısından 4 cavabsız top keçirən qəsəbə klubu yenə eyni hesabla qalib gəlib. 2016-cı il aprelin 10-da baş tutan həmin qarşılaşmanı “Zirə” səfərdə keçirib.
- "Xarı Bülbül Şuşa" "Murov AZ Terminal"a qarşı
- Millimizin baş məşqçisi Tovuzda seçimlər aparıb
- Piruzi Marvkvaladze: “Neftçi” qarşısındakı üstünlüyü saxlamaq üçün əlimizdən gələni edəcəyik” - MÜSAHİBƏ
- Fərid Qayıbov Çadın gənclər və idman naziri ilə görüşüb
- "Sumqayıt"da ciddi problem: KEHAT MÖVSÜMÜ BİTİRDİ