Azərbaycan millisi gümüş medalların sahibi olub
07.09.2025 - 21:53
Azərbaycan millisi gümüş medalların sahibi olub

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Kopenhagendə (Danimarka) keçirilən Avropa kubokunda çıxışını başa vurub.

Apasport.az xəbər verir ki, komandamız turnirin gümüş mükafatçısı olub.

Basketbolçularımız finalda Niderland yığması ilə qarşılaşıb. Görüş "portağallar"ın 21:16 hesablı qələbəsi ilə nəticələnib.