Azərbaycanın kişilərdən ibarət basketbol yığmasının baş məşqçisi Tahir Baxşıyev AVRO-2029-un ilkin seçmə mərhələsində İrlandiya və Şimali Makedoniya ilə oyunlar üçün geniş heyəti açıqlayıb.
Apasport.az xəbər verir ki, heyətdə "Sabah"dan 4, "Neftçi", "Gəncə", "Şəki" və "Abşeron Lions"dan 2, "Ordu", "NTD" və İspaniyanın "Tenerife" klubundan isə 1 oyunçu yer alıb.
Milliyə Amil Həmzəyev, Əkbər Məmmədov (hər ikisi "Neftçi"), Emmanuel Aqbason, Endar Poladxanlı, Şirzad Şirzadov, Kamran Məmmədov (hamısı "Sabah"), Ulaş Turqut, Cəbrayıl Əkbərov (hər ikisi "Gəncə"), Elşad Şirzadov ("Ordu"), Vesli Van Bek ("Tenerife"), Derin Berkoz (NTD), Rəşid Abbasov, Ercan Donat (hər ikisi "Şəki"), İsmayıl Abdullayev və Saadettin Donat (hər ikisi "Abşeron Lions") dəvət olunublar.
Əkbər Məmmədov və İsmayıl Abdullayev geniş heyətə cəlb olunsalar da, zədə səbəbindən təlim-məşq toplanışını davam etdirə bilməyiblər.
- “Sabah” Gənclər Liqasında MÜBARİZƏNİ DAYANDIRDI
- PFL-ə texniki-idman direktoru təyin olundu
- Mahir Emreli: "Milli komanda ilə qazanılan uğurun əvəzini heç nə vermir"
- Pedro Roke: “Hədəf Azərbaycan boks tarixində ilk olimpiya “qızılı”nı qazanmaqdır”
- "Qarabağ" reytinqdə "Atletik", "Nyukasl" kimi klubları qabaqlayıb