"Neftçi" bu gün final yolunda vacib oyuna çıxacaq - YENİLƏNİR
23.04.2026 - 12:25
Bu gün Azərbaycan Basketbol Liqasının yarımfinalında daha bir oyun baş tutacaq.
Apasport.az xəbər verir ki, “Neftçi” “Abşeron Lions” ilə üz-üzə gələcək.
Bakı İdman Sarayında başlayacaq oyun saat 19:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün keçirilən “Sabah” - “Gəncə” matçında “bayquşlar” 96:67 hesabı ilə qalib gəlib.
Yarımfinal görüşlərində iki qələbəyə çatan tərəf finala yüksələcək.
0
0