Super Liqa: "Fənərbaxça" "Qalatasaray"ı məğlub edib - 95:81
20.01.2025 - 09:53
![Super Liqa: "Fənərbaxça" "Qalatasaray"ı məğlub edib - 95:81](https://ww3.apasport.az/storage/news/2025/january/20/big/678de646c8c70678de646c8c711737352774678de646c8c6e678de646c8c6f.jpg)
Türkiyə Basketbol Super Liqasının 15-ci həftəsində "Qalatasaray" "Fənərbaxça"nı qəbul edib.
Apasport.az xəbər verir ki, gərgin keçən derbidə "Fənərbaxça Beko" 95:81 hesabı ilə rəqibini məğlub edib.
"Sarı-lacivərdlilər" bu görüşlə ardıcıl 10-cu, ümumilikdə isə 14-cü qələbəsini qazanıb.
"Qalatasaray" isə liqada 5-ci məğlubiyyətini alıb.
Qeyd edək ki, "Fənərbaxça" 15 turdan sonra turnir cədvəlində vahid liderdir.
0
0