Avram oynadı, komandası məğlub oldu
07.06.2025 - 11:51
Avram oynadı, komandası məğlub oldu

Moldova milli komandası yoldaşlıq görüşü keçirib.

Apasport.az xəbər verir ki, Sergey Kleşenkonun yetirmələri səfərdə Polşanın qonağı olublar.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Moldova millisinin qapısını "Araz-Naxçıvan"ın qolkiperi Kristian Avram qoruyub. O, 90 dəqiqə  meydanda olub.