"İnter"in sabiq üzvü: “Bir braziliyalı kimi Fransanı dəstəkləməliyəm"
15.12.2022 - 23:31
!["İnter"in sabiq üzvü: “Bir braziliyalı kimi Fransanı dəstəkləməliyəm"](https://ww3.apasport.az/storage/news/2022/december/15/big/639b772f6dcf7639b772f6dcf81671132975639b772f6dcf3639b772f6dcf5.jpg)
“Bir braziliyalı kimi mən Fransanı dəstəkləməliyəm".
Apasport.az xəbər verir ki, bunu braziliyalı sabiq qapıçı Julio Sezar deyib.
Milan "İnter"inin keçmiş qolkiperi Argentina və Fransanın qarşılaşacağı DÇ-2022 finalından gözləntilərini bölüşüb: "Messini sevirəm, o mənim üçün inanılmazdır. Amma Braziliya finala çıxsaydı, argentinalılar da Fransanı dəstəkləyərdi. Gəlin bu məqamda ikiüzlü olmayaq, hə?”
Qeyd edək ki, DÇ-2022-nin finalında Argentina və Fransa milli komandaları dekabrın 18-də, Bakı vaxtı ilə saat 19:00-da qarşılaşacaq.
0
0