İspaniya yığmasının DÇ-2022 üçün heyəti nə vaxt açıqlanacaq?
20.10.2022 - 15:19
![İspaniya yığmasının DÇ-2022 üçün heyəti nə vaxt açıqlanacaq?](https://ww3.apasport.az/storage/news/2022/october/20/big/63512e2c6ccd963512e2c6ccda166626462063512e2c6ccd763512e2c6ccd8.jpg)
İspaniya yığmasının dünya çempionatına yollanacaq heyətinin açıqlanma vaxtı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu “buğalar”ın baş məşqçisi Luis Enrike deyib.
Təcrübəli mütəxəssis noyabrın 11-də mundiala yollanacaq oyunçuların adlarını açıqlayacağını söyləyib. Siyahıda 26 futbolçu yer alacaq və komanda noyabrın 17-də Qətərin “El-Tumama” stadionunda İordaniya ilə yoldaşlıq görüşü keçirəcək.
Qeyd edək ki, İspaniya yığması DÇ-2022-nin E qrupunda Almaniya, Yaponiya və Kosta Rika ilə qarşılaşacaq.
0
0