![Mundialların ən təcrübəli məşqçiləri - SİYAHI](https://ww3.apasport.az/storage/news/2022/november/07/big/6368a3a67d70c6368a3a67d70d16678020226368a3a67d7086368a3a67d70b.jpg)
Dünya çempionatlarında ən çox oyun keçirən baş məşqçilər açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İFFHS-in cədvəlinə Helmut Şon başçılıq edir.
Almaniyalı mütəxəssis final mərhələlərində 25 matç keçirib. O, DÇ-1970, DÇ-1974 və DÇ-1978-də AFR millisinə rəhbərlik edib.
İndiyədək yalnız 6 məşqçi mundialda 20 və daha çox oyunda iş başında olub. Azərbaycan millisinin sabiq çalışdırıcısı almaniyalı Berti Foqtsun aktivində isə 10 görüş var.
1. Helmut Şon (Almaniya) - 25
2. Karlos Alberto Parreyra (Braziliya) – 24
3. Luis Felipe Skolari (Braziliya) – 21
4-6. Bora Milutinoviç (Yuqoslaviya) – 20
Mario Zaqalo (Braziliya) – 20
Oskar Tabares (Uruqvay) - 20